“Bu klubda ilk qolumu vurduğum üçün xoşbəxtəm”
“Bayern”in yarımmüdafiəçisi Joao Palinya “Tirok” ilə yoxlama görüşündə (3:0) debüt qolu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Münhen klubunda olduğuna görə xoşbəxtdir:
“Bu klubda ilk qolumu vurduğum üçün xoşbəxtəm. Qol vurmaq və komanda yoldaşlarınızla anı yaşamaq həmişə xüsusi olur. Burada olmaqdan qürur duyuram və bu klub üçün hər şeyimi verməyə hazıram”.
29 yaşlı yarımmüdafiəçi bu yay 51 milyon avroya “Fulhem”dən “Bayern”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin