“Bayern”də may ayının ən yaxşı futbolçusu

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala may ayında komandanın ən yaxşı futbolçusu seçilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin 71 faizi Musialaya səs verib. O, Serj Qnabri (9 faiz) və Tomas Mülleri (5 faiz) qabaqlayıb.

Musiala may ayında Bundesliqada dörd oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Onun Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button