
“Bayern” bunu 9 ildən sonra yenə yaşadı
Almaniya Bundesliqasının 22-ci turunda “Bohum”a uduzan (2:3) “Bayern” ardıcıl 3 rəsmi matçda xalsız qalıb.
Komanda.az xəbər verir ki, Tomas Tuxelin komandası bundan əvvəl Bundesliqada “Bayer”ə, Çempionlar Liqasının 1/8 final mərhələsində isə “Latsio”ya məğlub olub.
Münhen klubu sonuncu dəfə 2015-ci ildə 3 ardıcıl rəsmi matçda məğlubiyyətlə üzləşib.
“Bayern” hazırda Bundesliqada 50 xalla 2-ci pillədədir. Turnir cədvəlinə 58 xalla “Bayer” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin