“Bayern”də 2 itki
Almaniyanın “Bayern” klubu iki itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Sven Ulrayx və yarımmüdafiəçi Camal Musiala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu komandanın son məşqində zədələnib.
Musiala bu mövsüm Bundesliqada 4 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Ulrayx isə ölkə kubokunda 1 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin