“Bayern”dən La Liqa klubuna

“Bayern”dən azad agent kimi ayrılan niderlandlı yarımmüdafiəçi Deyli Blindin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

O, La Liqa təmsilçisi “Jirona” ilə anlaşıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Təcrübəli futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Blind “Bayern”ə bu ilin yanvarında azad agent kimi keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. O, Almaniya nəhənginin heyətində cəmi 5 oyuna çıxıb, bu komanda ilə çempion olub.

Blind daha öncə “Ayaks”, “Mançester Yunayted və “Qroningen” kimi klublarda da forma geyinib, Niderland yığmasında 101 oyuna 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button