“Bayern”dən ayrılmaq barədə heç vaxt düşünməmişəm”

“Bayern”in müdafiəçisi Kim Min Jae komandasını dəyişmək imkanını düşünüb-düşünmədiyi sualına cavab verib.

Komanda.az xəbər verir ki, cənubi koreyalı futbolçu, mətbuat konfransında heç vaxt bu barədə düşünmədiyini bildirib:

“Mən heç vaxt bu barədə düşünməmişəm. Bu klubu sevirəm və çox çalışmaqda qərarlıyam. Mən hər şeyimi vermək və “Bayern”ə kömək etmək istəyirəm”.

27 yaşlı müdafiəçi ötən il meydandakı səhvlərinə görə tez-tez tənqidlərlə üzləşirdi.

Kim Min Jae “Bayern”in heyətində 36 rəsmi oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, bu komandaya ötən yay “Napoli”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button