“Bayern”də yeni müqavilə
“Bayern” hücumçusu Tomas Müllerlə müqaviləni uzadıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun sözləşməsi daha 1 il – 2025-ci ilin yayına qədər artırılıb.
Münhenlilərin yetirməsi olan Müller 2007-ci ildən bu klubun əsas komandasında çıxış edir. Hücumçu bu mövsüm Bundesliqada 12 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin