
“Bayern”də Salihamiciçi kimin əvəzləyəcəyi bilindi
“Zalsburq”un idman direktoru Kristof Freund “Bayern”də oxşar vəzifədə çalışacaq.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 46 yaşlı avstriyalı funksioner sentyabr ayında Münhen klubunda fəaliyyətə başlayacaq.
O, 2006-cı ildən “Zalsburq”da fəaliyyət göstərir.
“Bayern”nin son idman direktoru 2022/23 mövsümünün sonunda klubdan ayrılan Hasan Salihamiciç olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin