
“Bayern” rəsmisi Virtsin mümkün transferindən danışdı
“Bayern”in fəxri prezidenti və direktorlar şurasının üzvü Uli Höness “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin mümkün transferi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, indi hər şeyin əvvəlki kimi olmadığını söyləyib:
“Bayern” əla vəziyyətdədir. İndi hər şey əvvəlki kimi deyil, hesabımızda 100-150 milyon avro var idi. Təbii ki, klub istəsəydi, belə bir transferi həyata keçirə bilərdi. Məsələ burasındadır ki, Virtsin “Bayer”lə müqaviləsinin bitməsinə iki il qalıb. Deyəcək başqa heç nəyim yoxdur”.
21 yaşlı futbolçu Münhen klubunun əsas transfer hədəflərindən biri hesab olunur, ancaq “əczaçılar”ın oyunçusunun qiyməti çox yüksəkdir. Müxtəlif mənbələrin iddia etdiyi kimi, nə az, nə çox, 120 milyon avro.
Bizi Facebook-da izləyin