“Bayern” Zidanla bağlı qərar verib

“Bayern” mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracağına görə yeni baş məşqçi axtarışındadır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi bir neçə başqa məşqçi ilə danışıqların uğursuz olmasına baxmayaraq, fransalı mütəxəssis Zinəddin Zidanın namizədliyini nəzərdən keçirmir. Münhenlilər “Real”da uğurlu fəaliyyəti ilə tanınan Zidana baş məşqçi postunu təklif etmək fikrində deyillər.

Zidan “kral klubu”nu tərk etdiyi 2021-ci ildən bəri çalışmır.

“Bayern” cari mövsümü uğursuz başa vurub. Münhen komandası uzun müddətdən sonra ilk dəfə kuboksuz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button