“Bayern” müdafiəçisini itirib

“Bayern”in müdafiəçisi Dayot Upamekano yaxın bir neçə həftə ərzində oyunlardan uzaq qalacaq.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçunun sol dizinin oynaqlarında problemlər yaranıb. Bunun müdafiəçinin uzun müddət oyunları buraxmasına səbəb ola biləcəyi iddia edilir.

26 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla 33 matçda meydana çıxıb və 2 qol vurub.

“Bayern” 26 turdan sonra Bundesliqanın turnir cədvəlinə 62 xalla başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button