“Bayern” fransalı müdafiəçi ilə yeni müqavilə bağlayacaq

Dayot Upamekano “Bayern”lə yeni müqavilə bağlaya bilər.

Komanda.az “iMiaSanMia”-ya istinadən xəbər verir ki, Münhen klubu fransalı futbolçunun nümayəndəsi ilə danışıqlara başlayıb.

26 yaşlı müdafiəçi ilə “Bayern” arasında hazırkı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq. O, Almaniya çempionatının cari mövsümündə 17 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button