“Bayern” yeni baş məşqçisini açıqladı
Belçika millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Vinsent Kompani “Bayern” komandasının baş məşqçisi təyin olunub.
Komanda.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 2027-ci ilə qədər münhenlilərə rəhbərlik edəcək.
O, 2022-ci ildən İngiltərənin “Börnli” komandasına rəhbərlik edirdi.
Kompani futbolçu kimi “Mançester Siti”dən başqa, Almaniyanın “Hamburq” və ölkəsinin “Anderlext” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin