
“Bayern” mərakeşli futbolçunu transfer edir? – Açıqlama
İspaniyanın “Sevilya” klubunun idman direktoru Viktor Orta “Bayern”in qolkiper Yassin Bono ilə maraqlanmasına münasibət bildirib.
Komanda.az “Diario de Sevilla”-ya istinadən xəbər verir ki, o, heç bir klubdan təklif almadıqlarını deyib:
“Bono dünyanın ən yaxşı üç qapıçısından biridir. Doğrudur, futbolçunun adı transfer məsələlərində hallanır. Lakin nə “Bayern”dən, nə də başqa klubdan konkret təklif almışıq”.
Mərakeş millisinin üzvü 2022/23 mövsümündə La Liqa təmsilçisinin heyətində 36 oyuna çıxıb, 60 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin