“Bayern” Virtsi transfer edə bilməsə…

Niderland millisinin və “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons Almaniyanın başqa bir klubuna – “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu Leverkuzen “Bayer”indən Florian Virtsin transferini həyata keçirə bilməsə, niderlandlı futbolçunu heyətinə qatmağa çalışacaq.

Simonsun “Leyptsiq”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

22 yaşlı futbolçu cari mövsümdə “Leyptsiq”in heyətində 29 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button