
“Bayern” Virtsə alternativ tapıb
İngiltərə millisinin və “Kristal Pelas”ın futbolçusu Ebereçi Eze Almaniya Bundesliqasına keçə bilər.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Bayern” ingiltərəli futbolçunu transfer etməkdə maraqlıdır. Münhen klubu Ebereçini “Liverpul”la anlaşan Leverkuzen “Bayer”inin üzvü Florian Virtsə alternativ hesab edir. “Bayern” də Virtsi transfer etməkdə maraqlı idi.
26 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə 42 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Kristal Pelas”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin