
“Bayern” və PSJ norveçli üçün mübarizə aparacaq
“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard “Bayern” və PSJ-nin hədəfindədir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, 24 yaşlı norveçli futbolçunun transferi bu yay baş tuta bilər.
Odeqard bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin