
“Barselona” “Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır
“Bayer”in yarımmüdafiəçisi Florian Virts karyerasını başqa klubda davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Bayern” və “Barselona” maraqlanır.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm 10 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin