
“Bayern” Camala görə tələsmir
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala ağır zədədən sonra bərpa prosesini davam etdirir.
22 yaşlı futbolçu yayda baldır sümüklərinin qırılması nəticəsində sıradan çıxmışdı. Əvvəlcə onun ilin sonuna qədər meydana qayıdacağı gözlənilsə də, Münhen klubu tələsmək niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” hələ də Musialanın dəqiq dönüş tarixini müəyyən etməyib. Onun tam sağalması üçün prosesin yanvara qədər uzanması istisna edilmir.
Klubun tibbi və məşqçi heyəti əsas diqqəti almaniyalı oyunçunun mövsümün həlledici mərhələsinə ideal formada çıxmasına və daha sonra dünya çempionatında iştirak etməsinə yönəldib.
Musiala PSJ-nin sabiq qapıçısı Canluici Donnarumma (hazırda “Mançester Siti”də çıxış edir) ilə toqquşmadan sonra ayağının qırılması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Bizi Facebook-da izləyin



