“Bayern” Tuxelə ödəniləcək təzminatın bir hissəsindən azad ola bilər
“Bayern”in keçmiş baş məşqçisi Tomas Tuxel klubla əməkdaşlığa vaxtından əvvəl xitam verildiyi üçün təzminat alacaq.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, alman mütəxəssis təxminən 10 milyon avro təzminat almalıdır.
50 yaşlı çalışdırıcı 2025-ci ilin iyununa qədər yeni komanda tapacağı təqdirdə, bu məbləğin bir hissəsi ləğv oluna bilər.
“Bayern” Tuxelin rəhbərliyi altında ötən mövsüm uğursuzluğa düçar olub. Belə ki, Münhen təmsilçisi 2023/24 mövsümünü kubok qazanmadan başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin