“Bayern” Tuxellə yollarını ayıracaq – Rəsmi

“Bayern” baş məşqçi Tomas Tuxelin cari mövsümün sonunda komandadan göndəriləcəyini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi mütəxəssislə 30 iyun 2025-ci ildə başa çatması nəzərdə tutulan əməkdaşlığa xitam vermək qərarına gəlib. Tuxel bu mövsümün sonunda “Bayern”i tərk edəcək.

Tomas Tuxel 2023-cü ilin martından “Bayern”i çalışdırır. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Bundesliqanın qalibi olub.

Hazırda “Bayern” Bundesliqanın 22 turundan sonra lider “Bayer”dən 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb. Komanda son üç matçında uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button