“Bayern” Almaniya millisinin üzvü ilə anlaşıb
Almaniya millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını “Bayern”də davam etdirə bilər.
Komanda.az “iMiaSanMia”-ya istinadən xəbər verir ki, Münhen klubunun nümayəndələri almaniyalı futbolçu ilə danışıqlar aparıb və əməkdaşlıq şərtlərini razılaşdırıblar.
28 yaşlı müdafiəçiyə ildə 9 milyon avro məvacib vəd edilib və o, daha 3 milyonu bonus olaraq alacaq. “Bayern” indi Tanın transferinin qiymətini “əczaçılar”la razılaşdırmalıdır.
Tanın “Bayer”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin