“Bayern”dən doğma meydanda heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Bohum” “Arminiya”nı sınağa çəkib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş qarşılaşma baş tutub. “Köln” evdə “Volfsburq”a, “Frayburq” “Yunion”a, “Hoffenhaym” “Bayer”ə, “Herta” isə “Maynts”a uduzub. Səfərdə “Qroyter”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub.

Çempionluğu təmin edən “Bayern” bu turda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 33-cü tur

6 may

Bohum – Arminiya 2:1
Qol
: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.

7 may

Qroyter – Borussiya D 1:3
Qol
: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.

Köln – Volfsburq 0:1
Qol
: Gerhardt, 43.

Frayburq – Yunion 1:4
Qol
: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.

Hoffenhaym – Bayer 2:4
Qol
: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.

Herta – Maynts 1:2
Qol
: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.

8 may

Ayntraxt – Borussiya M 1:1
Qol
: Pasiensiya, 66 – Plea, 4.

Bayern – Ştutqart 2:2
Qol
: Qnabri, 35. Müller, 44 – Tomas, 8. Kalaydziç, 52.

Leyptsiq – Auqsburq 4:0
Qol
: A.Silva, 40. Nkunku, 48; 57. Forsberq, 64.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button