“Bayern” mərakeşli qapıçını transfer etmək istəyir
“Sevilya”nın qapıçısı Yassin Bononun karyerasını Almaniyada davam etdirmək ehtimalı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” mərakeşli qolkiperin transferi üçün qarşı tərəfə 13 milyon avro təklif etməyə hazırdır. İspaniya klubu maliyyə problemləri ucbatından futbolçusunu sata bilər.
Mərakeş millisinin üzvünün “Sevilya” ilə hazırkı sözləşməsi 2025-ci ilin yayına qədər qüvvədədir. O, 2022/23 mövsümündə La Liqa təmsilçisinin heyətində 36 oyuna çıxıb, 60 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Bono DÇ-2022-də Mərakeş milli komandasının heyətində iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin