Almaniya klubu Vlahoviçlə maraqlanır

“Bayern”in hücum xəttini gücləndirmək üçün “Yuventus”un forvardı Duşan Vlahoviçlə maraqlandığı bildirilir.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu serbiyalı hücumçu barədə məlumat toplayır.

25 yaşlı futbolçunun Turin təmsilçisi ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq və yanvarda onun satıla biləcəyi ehtimal olunur.

“Bayern” hələ Robert Levandovskinin varisini axtardığı dönəmdə Vlahoviçin nümayəndələri ilə danışıqlar aparmışdı. İndi isə bu mövzu yenidən gündəmə gəlib. Serb forvard Harri Keynin mümkün əvəzedicisi, həm də onunla tandem quracaq hücumçu variantı kimi nəzərdən keçirilir.

Vlahoviç “Yuventus”u tərk etməyə meyillidir. Onun əsas arzusu “Real”da oynamaqdır, həmçinin, “Barselona” və “Bayern”ə də müsbət yanaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button