“Bayern” seneqallı hücumçu ilə anlaşıb

“Bayern” “Çelsi”nin hücumçusu Nikolas Ceksonla şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, indi Münhen klubu İngiltərə təmsilçisi ilə transfer məbləğini razılaşdırmağa çalışır. Həm futbolçu, həm də iki klub transferin baş tutmasında maraqlıdır.

23 yaşlı oyunçu bu mövsüm “Çelsi”nin heyətində meydana çıxmayıb. Onun London klubu ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

“Çelsi”nin baş məşqçisi Enzo Mareska bir müddət əvvəl açıqlamasında seneqallı forvarda güvənmədiyini etiraf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button