“Bayern” Sane ilə bağlı qərar verməyə tələsmir

“Bayern”in vingeri Leroy Sane komandada son mövsümünü keçirə bilər.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu başa çatacaq müqaviləsini uzatmaq və qalmaq üçün maaşının əhəmiyyətli hissəsindən imtina etməyə hazırdır, ancaq Münhen klubunun rəhbərliyi onunla yollarını ayırmağa meyllidir.

“Bayern” planlarını yalnız almaniyalı oyunçu mövsümün ikinci yarısında əla çıxış edəcəyi təqdirdə yenidən nəzərdən keçirəcək.

Sane bu mövsüm 19 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onunla “Barselona” ilə yanaşı, İngiltərə Premyer Liqası klublarının da maraqlandığı bildirilir. Kataloniyalılar onu azad agent kimi əldə etmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button