“Bayern” rəsmisindən Mane ilə bağlı açıqlama
“Bayern”in idman direktoru Həsən Salihamiciç “Liverpul”un hücumçusu Sadio Manenin Münhen klubuna mümkün transferi haqda danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi hücumu gücləndirmək üçün bir neçə variantları olduğunu bildirib:
“Əlbəttə, komandamızı gücləndirməyə çalışırıq. Hücumda bir neçə variant üzərində işləyirik. Transfer bazarı asan deyil, həmişə klubun maliyyə imkanlarından asılıdır. Digər komandaların oyunçuları haqqında danışmaq istəmirəm”.
Mane 2016-cı ildə “Sauthempton”dan 41,2 milyon avroya “Liverpul”a keçib. Seneqallı hücumçu o vaxtdan bəri 269 matçda 120 qol vurub və 48 məhsuldar ötürmə edib. Manenin “Liverpul”la müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin