“Bayern” rəsmisindən Kanselo haqda açıqlama

“Bayern”in idman direktoru Hasan Salihamiciç komandanın müdafiəçisi Joao Kanselonun gələcəyi haqda danışıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, müqavilə ilə “Mançester Siti”yə məxsus olan futbolçu ilə bağlı hələ qərar vermədiklərini bildirib:

“Kanselo çox yaxşı oyunçudur. Onun texnikası, oyunu xoşdur. Onun bizimlə olmasına çox şadıq. Onu birdəfəlik transfer etmək seçimi? Hələ heç bir qərar verməmişik. Mövsümün sonunda bu barədə düşünəcəyik”.

Daha əvvəl “Bayern”in portuqaliyalını komandada saxlamaq niyyətində olduğu bildirilirdi. “Bayern”in MS ilə anlaşmasında futbolçunun 70 milyon avroya alınması variantı var.

Kanselo bu mövsüm ümumilikdə 44 oyun keçirib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button