
“Bayern” rəsmisindən adı “Əl-Nəsr”lə hallanan futbolçu haqda açıqlama
“Bayern” fransalı vingeri Kinqsli Komanın yaxın günlərdə Səudiyyə Ərəbistanına köçəcəyi barədə yayılan məlumatları təsdiqləməyib.
Son günlər mətbuatda 29 yaşlı futbolçunun “Əl-Nəsr”ə keçməyə razılıq verdiyi bildirilirdi.
Münhen təmsilçisi dünən İsveçrənin “Qrasshopper” klubuna qarşı yoxlama oyunu keçirib. Ancaq Koman matçın iştirak ərizəsinə salınmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun idman direktoru Kristof Froind Komanın xəstə olduğunu bildirib:
“Koman xəstələnib. Sağlam olsaydı, heyətdə yer alacaqdı”.
Jurnalistlər ona Komanın bu həftə “Əl-Nəsr”ə mümkün keçidi ilə bağlı sual versələr də, o, bunu təsdiq etməyib:
“Şayiələr və ehtimallar həmişə olur, amma bizdə xəbər yoxdur. O, hələ də ‘Bayern’in futbolçusudur, yoxluğunun səbəbi yalnız xəstəlikdir”.
“Bayern” şənbə günü Almaniya superkubokunun finalında “Ştutqart”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin