“Bayern” “Tottenhem”ə daha az pul ödəyə bilər – Keyn üçün
“Bayern”in prezidenti Herbert Hayner ingiltərəli hücumçu Harri Keyn üçün “Tottenhem”ə hansı bonuslar ödəniləcəyini açıqlayıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bonuslar olmasa, transfer məbləğinin 100 milyondan az olacağını bildirib:
“Növbəti bir neçə mövsüm ərzində bir sıra turnirlərdə qalib gəlməsək, Keyn bizə 100 milyon avroya başa gəlməyəcək. Bonuslar olmasa, məbləğ 100 milyon avrodan az olacaq.
Keyn çox diqqətlə işləyir, sağlamlıq və qidalanma kimi bütün detallara fikir verir. Əminik ki, o, hələ uzun illər bu səviyyədə oynaya biləcək”.
29 yaşlı ingilis futbolçu bu mövsüm Bundesliqada 6 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin