Almaniya klubu Reşfordla bağlı məlumat toplayıb

“Bayern” hücum xəttinin sol cinahına oyunçu axtarışlarını davam etdirir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, müxtəlif futbolçularla adı hallanan Münhen klubu indi də İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşfordla maraqlanır.

Reşfordun çox yönlülüyü “Bayern”in diqqətini çəkib. İngiltərəli futbolçu həm sol cinahda, həm də mərkəz hücumçusu kimi çıxış edə bilir. Münhen təmsilçisi Reşfordla bağlı bütün məlumatları toplayıb və onun transferini ciddi şəkildə dəyərləndirir.

“Mançester Yunayted” də Reşfordun transferinə açıqdır və onun qiymətini 45 milyon avro olaraq müəyyənləşdirib. O, 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib və yayda geri dönüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button