“Bayern” rekord gəlir əldə edib

“Bayern” 2024/25 maliyyə ilini rekord göstəricilərlə başa vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun konsolidə olunmuş gəliri 978,3 milyon avro təşkil edib ki, bu da ötən illə müqayisədə 2,8 faiz çoxdur.

Bu rəqəm “Bayern”in tarixində ən yüksək gəlir göstəricisi kimi qeydə alınıb.

Klubun əməliyyat mənfəəti 11,3 faiz artaraq 187,8 milyon avroya çatıb. Vergilərdən əvvəlki mənfəət 42,5 milyon, xalis mənfəət isə 27,1 milyon avro olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button