“Bayer” rəsmisindən “Liverpul”a keçən Virts haqda açıqlama

Leverkuzen “Bayer”inin idman direktoru Simon Rolfes Florian Virtsin “Liverpul”a transferi barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi əsas məqsədlərinin Virtslə müqavilənin müddətini uzatmaq olduğunu bildirib:

“Bizim əsas məqsədimiz Virtslə müqavilənin müddətini uzadaraq onu heç olmasa, bir il komandada saxlamaq idi. Ancaq zaman keçdikcə başa düşdük ki, onun əsas arzusu klubdan ayrılmaqdır. Fevral-mart aylarından etibarən daha çox onun hara və hansı liqaya keçəcəyini müzakirə edirdik”.

O qeyd edib ki, Virtsin valideynləri ilə daim əlaqədə olublar və onların hansı klublarla danışdığını bilirdilər. Xarici klublar, o cümlədən “Liverpul” və “Mançester Siti” danışıqlarda olduqca peşəkar və ciddi yanaşma sərgiləyiblər:

“Mayda Florian bizə bildirdi ki, “Liverpul”a keçmək qərarına gəlib. Fikrimcə, o bu komandaya çox uyğundur. “Liverpul” ona niyə ehtiyac duyduğunu izah etdi və bu, transferin əsas dönüm nöqtəsi oldu. O, qərarını verdikdən sonra yalnız “Liverpul”la əlaqə saxladıq və danışıqların ilk günündən hər şeyin uğurla nəticələnəcəyinə inanırdım”.

İngiltərə təmsilçisi 22 yaşlı yarımmüdafiəçini 100 milyon funt sterlinq və əlavə 16 milyon bonus qarşılığında transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button