“Bayern” rəsmisindən İngiltərə klublarının hədəfindəki futbolçu haqda açıqlama

“Bayern”in baş icraçı direktoru Yan-Kristian Drizen hücumçu Mikael Oliseyə olan maraqla bağlı açıqlama verib.

Daha əvvəl İngiltərə Premyer Liqasının iki aparıcı klubunun 23 yaşlı oyunçunun çıxışını izlədiyi xəbər verilmişdi.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəsmisi başqa klubların marağına sakit yanaşdıqlarını bildirib:

“Başqa klubların marağı ilə bağlı sakit yanaşırıq”.

Fransalı forvard cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button