“Bayern” rəsmisindən zədələnən futbolçu haqda açıqlama
“Bayern”in idman direktoru Kristof Freund komandanın vingeri Kinqsli Komanın zədəsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun vəziyyətinin hazırda o qədər də yaxşı olmadığını deyib:
“O, əlavə müayinələrdən keçməlidir. İndi hər şey o qədər də yaxşı görünmür”.
Koman Bundesliqada “Köln”lə oyunda (2:0) zədələnib və 50-ci dəqiqədə əvəzlənib.
27 yaşlı futbolçu bu mövsüm Bundesliqada 17 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin