“Bayern” rəsmisi yeni transferin mesajını verdi

“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge klubun Dortmund “Borussiya”sının müdafiəçisi Rafael Gerreyro ilə müqavilə imzalayacağını təsdiqləyib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi məsələ ilə bağlı belə deyib:

“Bizim yaxşı oyunçularımız var: Konrad Laimer və Gerreyro”.

İyunun 9-da “Bayern” Laimerin transferini elan edib.

Gerreyronun yaxın günlərdə “Bayern”lə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

29 yaşlı uruqvaylı futbolçu 2022/23 mövsümündə “Borussiya”nın heyətində 36 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. O, 2016-cı ildən komandadadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button