“Bayern” rəsmisindən Virts haqda açıqlama

Leverkuzen “Bayer”nin yarımmüdafiəçisi Florian Virts “Bayern”ə keçə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Kristof Freund Virtsin transferi ilə bağlı sualı cavablandırıb:

“Hazırda bu bizim mövzumuz deyil. İndiki heyətimizdən çox razıyıq. Təbii ki, Florian əla oyunçudur, ötən mövsümü də əla keçirib və millidə Camal Musiala ilə birlikdə yaxşı tandem təşkil edir. Amma dediyim kimi, heyətdən razıyıq. Önümüzdəki aylarda və illərdə nə olacağını təxmin edə bilmərəm, spekulyasiya etmək istəmirəm”.

21 yaşlı alman futbolçunun adı “Real” və İngiltərə Premyer Liqasının nəhəngləri ilə yanaşı hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button