
“Upamekanonun menecerinin telefonu yəqin ki, dayanmadan zəng çalır” – “Bayern” rəsmisi
“Bayern”in müdafiəçisi Dayo Upamekanonun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Fransalı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq, ancaq tərəflər hələ yeni razılaşma şərtlərində ortaq məxrəcə gəlməyiblər.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının PSJ ilə oyunundan sonra jurnalistlər “Bayern”in idman departamentinin rəhbəri Maks Eberldən məsələ ilə bağlı açıqlama alıblar:
“Upamekanonun menecerinin telefonu yəqin ki, dayanmadan zəng çalır, bu, normaldır. Biz dəfələrlə demişik ki, onu komandada saxlamaq və müqaviləsinin müddətini uzatmaq istəyirik. Öz planımıza sadiqik və bu istiqamətdə işi davam etdiririk”.
Vensan Kompaninin komandası Parisdəki oyunda PSJ üzərində 2:1 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin



