“Bayern” rəsmisi Premyer Liqanı tənqid etdi
“Bayern”in fəxri prezidenti Uli Höness İngiltərə Premyer Liqasını kəskin tənqid edib.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, 70 yaşlı futbol funksioneri Premyer Liqanın Almaniya Bundesliqasından üstün olmadığını deyib:
“İngiltərə Premyer Liqası Bundesliqadan yaxşı deyil, sadəcə onların daha çox pulu var. Premyer Liqanın idman üstünlüyü pulla alınır. Bizim əsas üstünlüyümüz isə oliqarxlardan, dövlətdən asılı olmamağımız, müstəqilliyimizdir. Orta müddətli perspektivdə bu, nə vaxtsa Bundesliqaya təsir edəcək”.
“Transfermartk”ın məlumatına görə, bu mövsüm Premyer Liqa klublarının dəyəri 9,2 milyard avro, Almaniya Bundesliqası isə 4,1 milyard avrodur.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin