
“Kompani əla iş görür” – “Bayern” rəsmisi
“Bayern”in idarə heyətinin üzvü Karl-Haynts Rummenigge baş məşqçi Vensan Kompanini işinə görə tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada inamın bərpa olunduğunu söyləyib:
“Klub rəhbərliyi “Bayern”də Tomas Tuxelin rəhbərliyi altında bir qədər itirilən komanda ruhunu bərpa etdi. Kompani ilk gündən birlik qurdu və hər bir oyunçu ilə yaxşı münasibət saxlayır. İndi komanda həm meydanda, həm də meydandan kənarda özünü əla hiss edir. Baş məşqçi oyunçuların mənəvi mentorudur və o, əla iş görür”.
”Bayern” belçikalı mütəxəssisin rəhbərliyi altında ikinci mövsümünə yaxşı başlayıb və bütün matçlarda qalib gəlib. Münhen komandası sentyabrın 30-da Çempionlar Liqasında Kiprin “Pafos” klubu ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



