“Bayern” rəsmisi 2 futbolçu ilə danışıqlar aparıldığını təsdiqlədi
“Bayern”in idman direktoru Kristof Freund komandanın oyunçuları Tomas Müller və Manuel Noyerin gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi hər iki futbolçu ilə danışıqlar apardıqlarını bildirib:
“Manuel və Tomas haqqında çox danışmağa ehtiyac yoxdur. Biz onlarla müsbət danışıqlar aparırıq. İndi onlar yaxşı formadadırlar, mövsümə yaxşı başlayıblar və onların bizimlə olmasına sevinirik. Qarşıdakı aylarda və həftələrdə onların planlarını sakit şəkildə müzakirə edəcəyik. Biz onların nəyə qadir olduqlarını bilirik və onlar da “Bayern”də nəyə sahib olduqlarını bilirlər”.
Tomas Müllerin bu ay 35 yaşı tamam oldu. Noyer isə mart ayında 38 yaşını qeyd edib.
Hər iki futbolçunun Münhen nəhəngi ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Bizi Facebook-da izləyin