“Deyvis əvvəlcə yaxşı futbol oynamalıdır” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Kristof Freund cinah müdafiəçisi Alfonso Deyvisin müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az “Sky Sport Germany”-yə istinadən xəbər verir ki, klub rəsmisi yeni heç nəyin olmadığını bildirib:
“Yeni heç nə yoxdur. Deyvis əvvəlcə yaxşı futbol oynamalıdır. Biz onun nə qədər yaxşı olduğunu bilirik. Yaxşı məşq edir və əla formadadır. Bu, vacibdir. Əks halda, heç bir yenilik yoxdur”.
Kanadalı futbolçu mövsümün sonunda azad agentə çevrilə bilər, çünki onun “Bayern”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Deyvis bu mövsüm Almaniya çempionatında 2 oyun keçirib. O, gələn yay “Real”a keçməkdə maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin