“Bayern”də Qnabri ilə bağlı fikir ayrılığı var
“Bayern” hücumçu Serj Qnabri ilə nə edəcəyinə hələ qərar verməyib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, klub rəsmilərindən bəziləri almaniyalı futbolçunun qeyri-sabit oyunçu olduğu və tez-tez zədələndiyi qənaətindədir. Klub rəsmilərindən bəziləri isə hesab edir ki, Qnabri sağlam olanda həmişə qol vurur və məhsuldar ötürmələr verir.
Bildirilir ki, yayda Qnabriyə təkliflər olsa, “Bayern”in futbolçunu satacağı istisna edilmir. Onun özünə gəlincə, hücumçu özünü Münhendə rahat hiss edir və klubdan ayrılmaq istəmir.
Qnabri bu mövsüm müxtəlif zədələr üzündən Almaniya Bundesliqasında cəmi 9 oyun keçirə bilib. O, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin