“Bayern” qapıçısını icarəyə verdi

“Bayern” qapıçısı Daniel Peretsi digər Bundesliqa kollektivi “Hamburq”a icarəyə yola salıb.

Komanda.az xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin icarə müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

İsralli Daniel Perets 2023-cü ildə “Makkabi”dən (Tel-Əviv) “Bayern”ə transfer olunub. Lakin o, Münhen klubunun heyətində cəmi 7 oyun keçirə bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button