
“Bayern” “Qalatasaray”ın futbolçusunun transferini açıqlayıb
“Bayern” “Qalatasaray”ın futbolçusu Saşa Boeyi transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Saşa bu mövsüm Türkiyə Super Liqasında 19 oyun keçirib və 1 qol vurub. Futbolçu UEFA Çempionlar Liqasında 12 matça çıxıb, 1 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin