“Borussiya”ya bir qol bəs etdi
Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Frayburq” “Volfsburq”u, Mönxenqladbax “Borussiya”sı isə “Herta”nı məğlub yola salıb. “Yunion” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.
Lider “Bayern” isə ardıcıl 4 oyundur meydanı qələbə ilə tərk edən “Hoffenhaym”ın qonağı olub. Bu oyunda da tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk edib.
Dortmund “Borussiya”sı Bundesliqada qalmaq uğrunda mücadilə aparan “Arminiya”nı sınağa çəkib və minimal hesabla qalib gəlib.
“Bayer” isə “Köln”lə münasibətlərinə aydınlıq gətirib. Bu komandaların ilk dövrədəki qarşılaşmasında (2:2) qalib müəyyənləşməmişdi. Bu dəfə isə “Köln” səfərdə minimal hesabla üstün olub.
“Leyptsiq” isə səfərdə “Qroyter”i biabırçı hesabla məğlub edib.
“Auqsburq” – “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
Almaniya Bundesliqası, 26-cı tur
12 mart
Yunion – Ştutqart 1:1
Qol: Avoniyi, 41-pen – Kaladziç, 90.
Frayburq – Volfsburq 3:2
Qol: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
Hoffenhaym – Bayern 1:1
Qol: Baumqartner, 32 – Levandovski, 45+3.
Borussiya M – Herta 2:0
Qol: Plea, 24-pen. Ginter, 59.
13 mart
Bayer – Köln 0:1
Qol: Şindler, 67.
Ayntraxt – Bohum 2:1
Qol: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.
Borussiya D – Arminiya 1:0
Qol: Volf, 21.
Qroyter – Leyptsiq 1:6
Qol: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.
Bizi Facebook-da izləyin