“Bayern” niderlandlı futbolçunu icarəyə götürə bilər

“Bayern” yay transfer pəncərəsində PSJ-nin yarımmüdafiəçisini heyətinə qata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ötən mövsümü icarə əsasında “Leyptsiq”də keçirən Xavi Simonsdan gedir.

Belə ki, “Bayern”in idman direktoru Maks Eberl Simonsu bu komandada işlədiyi vaxtdan tanıyır. Klub rəsmisi niderlandlı futbolçunun oyununu çox bəyənir. Eberl Simonsun transferi ideyasını fəal şəkildə təbliğ edir. “Bayern” 21 yaşlı yarımmüdafiəçini icarəyə götürmək variantına razıdır.

Simons gələcəyi ilə bağlı yalnız AÇ-2024 başa çatdıqdan sonra qərar vermək niyyətindədir. Xavinin xidmətində “Barselona” da maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button