“Bayern” “Portu”nun futbolçusu üçün təklif verəcək

“Bayern” “Portu”nun 21 yaşlı vingeri Fransisko Konseysaonu almaqda maraqlıdır.

Komanda.az Portuqaliyanın “Record” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq “Portu”ya maraqları barədə məlumat verib və yaxın vaxtlarda təkliflə çıxış edəcək.

Portuqaliyalı futbolçunun 30 milyon avroluq müqaviləsi var. Bundan sonra bu məbləğ 45 milyon avroya yüksələ bilər. Belə ki, “Çelsi”, “Atletiko”, “Borussiya” (Dortmund) və “Leyptsiq” də futbolçu ilə maraqlanır.

21 yaşlı futbolçu ötən mövsüm 43 matçda iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib. Konseysao Portuqaliya millisində 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button