“Bayern” pivə bayramına həsr olunan formasını təqdim etdi – FOTO
“Bayern” klubu Oktoberfestə (pivə bayramı) həsr olunmuş yeni formasını təqdim edib.
Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda belə deyilir:
“Bu mövsüm Tomas Müller, Harri Keyn, Alfonso Deyvis və onların komanda yoldaşları dağ çiçəyi dizaynı və sinəsində klubun tarixi gerbi olan yaşıl Oktoberfest köynəklərində oynayacaqlar. Arxa tərəfdəki ad və nömrə ağ rəngdədir”.
Tomas Tuxelin komandası yeni formanı ilk dəfə sentyabrın 15-də, Almaniya Bundesliqasında “Bayer”lə (Leverkuzen) ev oyununda geyinəcək. Oyun “Alyans Arena” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin